Taekvondo üzrə Avropa çempionatında iştirak edəcək milli heyətin üzvlərinin adları açıqlanıb. Bu barədə ShimalNews 18 may tarixində məlumat verir.
Çempionat Böyük Britaniyanın Mançester şəhərində, 19-22 may tarixlərində keçiriləcək. Burada Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 13 idmançı ölkəmizi təmsil edəcək.
Quba İOEUGİŞM-in yetirməsi Səyyad Dadaşov 54 kq çəkidə çıxış edəcək. O, bundan öncə Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” turnirində bürünc medal qazanmışdır.
Yarışdan sonra millimiz mayın 24-də ölkəyə qayıdacaq.