Quba şəhərinin mərkəzində elektrik qutuları açıq vəziyyətdədir. Bu barədə ShimalNews-a 17 may tarixində məlumat daxil olub.
Söhbət M.Qorki küçəsindən gedir. Küçədə işıq dirəyinə bərkidilmiş 2 ədəd açıq vəziyyətdə elektrik qutuları müşahidə olunur.
“Qutular qəzalıdır. Naqillərin açıq vəziyyətdə qalması təhlükə yaradır. Burada 5 mərtəbəli yaşayış binaları, “Kaspi” hazırlıq kursu və “Referans” klinikası yerləşir. Uşaqların tez-tez oynadığı bir məkandır”, – deyə sakinlər bildirib.

