Xaçmaz rayonu ərazisində pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Nərəcan kənd sakini saxlanılıb. Bu barədə ShimalNews 16 may tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Xaçmaz RPŞ əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə mayın 13-də rayon ərazisindəki evlərin birindən 150 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılıb.