Xaçmazda futbol üzrə rayon birinciliyinin növbəti görüşləri baş tutub. Bu barədə ShimalNews 16 may tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarışmada A qrupunun 2 oyunu keçirilib:
Həsənqala 3 – 0 Bostançı (texniki məğlubiyyət);
Müşkür 1 – 2 Uzunoba.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu turnir bələdiyyə, müəssisə və təşkilatlar arasında keçirilir.