Xaçmaz rayonunda tikinti-quruculuq işləri davam edir. Bu barədə ShimalNews 16 may tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Hazırda Xaçmaz-Quba və Xaçmaz şəhərinin Bakı prospektində yolun hərəkət hissəsi genişləndirilir. Eyni zamanda sözügedən ərazilərdə yerləşən mövcud sahibkarlıq obyektlərinin fasadları müasir üslubda yenilənir.

Rayon İcra başçısı Elnur Rzayev görülən işlərlə yerində tanış olub. Daha sonra sahibkarlarla söhbət edib, onların müraciət və təkliflərini dinləyib.