Xaçmaz rayon Heydər Əliyev Mərkəzində “18 May – Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar “Açıq qapı” günləri təşkil olunacaq. Bu barədə ShimalNews 16 may tarixində Mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

“Açıq qapı” günləri 16-20 may tarixlərində keçiriləcək. Ziyarətçilər mərkəzə saat 09:00-dan 18:00-dək yaxınlaşa bilərlər.