Bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları şahmat yarışının qalibləri ilə görüşüb, onları təbrik edərək mükafatlandırıblar. Bu barədə ShimalNews 16 may tarixində adıçəkilən İdarəyə istinadən məlumat verir.
Quba rayon Şahin Allahyarov adına şahmat məktəbinin idmançıları yüksək nəticə göstəriblər. Beləliklə, Lətif Hacıyev 3-cü sinif şagirdlərinin yarışında 1-ci yeri tutaraq qızıl, Əlisəfa Zeynallı 4-cü sinif şagirdlərinin yarışında isə 2-ci yerə layiq görülərək gümüş medal qazanıblar. Qaliblər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif edilib.
Ümumilikdə yarışmada 43 rayon (şəhər) üzrə ümumtəhsil məktəblərindən 225 nəfər şagird iştirak edib. 5 gün davam edən festivalda məktəbli şahmatçılar 2-ci, 3-cü, 4-cü siniflər üzrə və komanda hesabında mübarizə aparıblar.