Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində “ Kitabxanaya ilk səfər” adlı ekskursiya keçirilib. Bu barədə ShimalNews 13 may tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Ekskursiya kitab və kitabxanadan istifadə qaydalarının öyrədilməsi, oxucularda sərbəst informasiya əldə etmək bacarığının formalaşdırılması, kitab haqqında əldə edilmiş biliklərin təkmilləşdirilməsi məqsədilə təşkil olunub. Burada 9 saylı orta məktəbin 1-ci sinif şagirdləri iştirak ediblər. Kitabxanaçı Gülnar Məmmədəliyeva ilk öncə kitabın yaranma tarixi, quruluşu, mütaliənin insan həyatında rolu və kitabla rəftar etmə qaydaları haqqında ətraflı məlumat verib.

Sonda uşaqlar sərgilərə baxış keçiriblər və kitabxanaya üzv olublar.