“Qusar” futbol komandası sabah keçiriləcək oyun üçün avtobus ayırıb. Bu barədə ShimalNews 13 may tarixində komandanın səhifəsinə istinadən məlumat verir.
Mayın 14-ü, Bakının “ASK Arena” meydanında “Qusar”ın rəqibi “Cəbrayıl” komandası olacaq. Bu səbəbdən komandamızın azarkeşləri üçün xüsusi olaraq nəqliyyat vasitəsi ayrılıb.
Beləliklə, avtobus həmin tarixdə saat 12:00-da Qusar şəhər avtovağzalından yola düşəcək.
Daha öncə, “Qusar” FK-nın Region Liqası çərçivəsində yarımfinal oyununu Bakıda keçirəcəyi haqda məlumat vermişdik.