Qubalı şagird taekvondo idman növü üzrə turnirin qalibi olub. Bu barədə ShimalNews 13 may tarixində Quba rayonu E.Bayramov adına Alpan kənd tam orta məktəbinin Facebook səhifəsinə istinadən məlumat verir.

Turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Usaqlar və yeniyetmələr arasında keçirilən yarışda təhsil ocağının şagirdi Ələsgərov Abdulrauf 1-ci yerə layiq görülüb. O, 51 kq çəki dərəcəsində mübarizə aparıb.

Birincilik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib.