Qusar şəhər 5 saylı tam orta məktəbində “Beynəlxalq Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirilib. Bu barədə ShimalNews 12 may tarixində təhsil ocağının Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbirdə məktəbin hərbi rəhbəri Z.Mahmudov şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları, yaralılara ilk tibbi yardımın göstərilməsi haqqında geniş məlumat verib. Sonda fərqlənən şagirdlər təşəkkürnamə ilə təltif olunublar.

Bu cür tədbirlərin keçirilməsində məqsəd məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.