Quba sakinləri yol ilə bağlı çətinlik yaşayır. Bu barədə ShimalNews 11 may tarixində Oxu.az-a istinadən məlumat verir.

Söhbət Cimi kəndindən gedir. Kənddə yerləşən çayın üzərində körpü yoxdur. Sakinlər çayın içindən avtomobillə keçir. Dəfələrlə körpü qurulması üçün aidiyyəti qurumlara müraciət olunsa da, heç bir nəticə olmayıb. Hazırda, kəndin 9 şagirdi çayı keçərək hər gün dərsə getməli olurlar.

Sözügedən çayda 3 il öncə azyaşlı uşaq boğularaq ölüb.