Xaçmazlı idmançı Qol Güləşi üzrə Avropa çempionatının qalibi oldu. Bu haqda ShimalNews-a 10 may tarixində məlumat daxil olub.

Böyüklər arasında təşkil olunan çempionat Rumıniyanın Buxarest şəhərində keçirilir. Sol əli ilə mübarizə aparan Orxan İsayev finalda rumıniyalı Erik Heringə qalib gələrək qızıl medal qazanıb.

Photo Shimal.News
Photo Shimal.News