Xaçmaz rayonunda “Heydər Əliyev zirvəsi” başlığı altında tədbir keçirilib. Bu barədə ShimalNews 10 may tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir Mərkəzi Kitabxananın Uşaq Şöbəsində baş tutub. Çıxış edən şöbənin müdiri Günay Məsimova Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə baş verən dirçəliş və siyasi aləmdə Azərbaycanın tanınması istiqamətində görülmüş işləri haqqında geniş məlumat verib. Daha sonra fəal oxucular Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. Tədbirin sonunda sərgiyə baxış keçirilib.