Xaçmaz komadası futbol üzrə “Bahar turniri”ndə layiqincə çıxış edib. Bu barədə ShimalNews 10 may tarixində Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) Facebook səhifəsinə istinadən məlumat verir.
12 yaşadək qızlar arasında keçirilmiş turnir Aura İdman Kompleksinin qapalı meydançasında baş tutub. Yarışda 74 yeni qız futbolçu qeydiyyata alınıb.
AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin yekununda:
- “Əhmədli Yunayted” komandası 1-ci yeri;
- “Baku Sporting” komandası 2-ci yeri;
- “Şimal” (Xaçmaz) komandası 3-cü yeri tutublar.
Həmçinin “Şimal” komandasının qapıçısı Qızılgül Dadaşova turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıblar.