Quba rayonunda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar abidəsi ziyarət edilib. Bu barədə ShimalNews 10 may tarixində Quba Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə məlumat verir.

Səhər saatlarından etibarən Ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət edilib. Ziyarətdə icra başçısı Ziyəddin Əliyev və müavinləri, YAP Quba rayon təşkilatının sədri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Photo Shimal.News
Photo Shimal.News
Foto Quba Rayon İcra Hakimiyyəti Facebook səhifəsi
Foto Quba Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi