Bu gün Qubada keçirilən mini-futbol üzrə turnir yekunlaşır. Bu barədə ShimalNews 10 may tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinə istinadən məlumat verir.

Final matçında “Elshad Shisha Group” və “Quba İnşaat” komandaları qarşı-qarşıya gələcəklər.

Oyunu şəhərdə yerləşən 28 May parkında, saat 17:00-da izləmək olar.

Daha öncə Quba rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon çempionatının açılışı haqqında məlumat vermişdik.