Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

Əliyev Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb, sonra isə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub. Həmin zaman İkinci Dünya müharibəsi başlanmasına görə təhsilini bitirə bilməyib. 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub.1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilib. Həmin il ona general-mayor rütbəsi verilib. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ildə Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

Heydər Əliyev 1991-1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi çalışıb. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri olub, həmin ilin iyun ayının 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993 və 1998-ci illərdə səsvermə nəticələrinə əsasən, Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib. Onun prezidentlik dövrü “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın siyasi, iqtisadi və hərbi böhrandan çıxarılması üçün addımlarla başlayır. Qısa zamanda ölkəmiz inkişaf etməyə başlayır və bu da Azərbaycanın bugünkü uğurlarının təməli olur.

2003-cü ilin prezident seçkilərində Heydər Əliyev namizədliyini sağlamlığında olan problemlərinə görə geri götürüb.

12 dekabr 2003-cü ildə Heydər Əliyev ABŞ-nin Klivlend şəhərində xəstəxanada vəfat edib və 3 gün sonra Bakı şəhərində Fəxri xiyabanda dəfn olunub.