Quba şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə ShimalNews 9 may tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Uşaq Musiqi məktəbində təşkil olunan tədbirdə direktor İlqar Məmmədov çıxış edərək qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır. O, dahi şəxsiyyətin həyat yolundan, xalqımızın azadlığı və firavanlığı yolunda yorulmaz fəaliyyətindən danışıb. Ardınca konsert proqramına start verilib. Bədii hissədə məktəbin müəllim və şagirdləri ulu öndərə həsr olunan, eləcə də onun sevdiyi mahnıları ifa ediblər.