Quba rayonunun fəal gəncləri paytaxtda yerləşən 1-ci Fəxri Xiyabanını ziyarət ediblər və Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 7 may tarixində Rayon Gənclər İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Ziyarət ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunub. İlk öncə gənclər Heydər Əliyevin və görkəmli ictimai xadim, oftalmoloq, Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar və xatirələrini dərin hörmətlə anıblar. Daha sonra Heydər Əliyev Mərkəzinə ekskursiya edərək, orada olan zəngin eksponatlarla tanış olublar. Ekskursiya zamanı mərkəzin bələdçisi tərəfindən gənclərə Ulu öndər haqqında zəngin məlumatlar veriblər.
Proqramın sonunda iştirakçılar Bakı şəhərinin gəzməli-görməli yerləri ilə tanış olublar.