Qusar rayonunda yazıçı-jurnalist Adıgözəl Vəlbinəlinin “Ömrünü məktəbə bağlayan insan” adlı kitabının təqdimatı keçirilib. Bu barədə ShimalNews 6 may tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Mərasim Ləcət kənd kitabxana filialında baş tutub. Tədbirdə Adıgözəl Vəlbinəlinin müəllimi Əliyulla Ağalarov, yerli yazarlar, onunla uzun müddət məktəbdə işləmiş Ləcət, Həzrə, Cibir kəndlərindən olan müəllimlər, kitabxana işçiləri, oxucular və dərs dediyi məktəblərin şagirdləri iştirak ediblər.