Quba Heydər Əliyev Mərkəzinə məktəblilər üçün ekskursiya təşkil olunub. Bu barədə ShimalNews 6 may tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

Ekskursiya Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar keçirilib. Burada Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin və 1-ci Nügədi kənd 2 nömrəli ümumi orta məktəbin şagirdləri iştirak ediblər. Şagirdlər Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən eksponantlarla tanış olublar və onlara Ümummilli Liderin həyat fəaliyyəti və zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib.