Xaçmaz Olimpiya İdman Kompleksində idmançılarımız iyun ayında baş tutacaq sərbəst güləş üzrə Avropa çempionatına hazırlıq məşqləri keçirilir.
Azərbaycanın sərbəst güləş üzrə U-17 yığma komandası təlim-məşq toplanışını keçirir. Hazırlıq prosesi böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında mayın 6-dək davam edəcək.
Sonra idmançılarımız bu ayın 9-dan 11-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Victory cup” turnirinə qatılacaqlar. Əsas hədəf isə iyun ayında Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatıdır.