Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon çempionatının açılışı keçirilib. Bu barədə ShimalNews 3 may tarixində “quba.gencleri” Instagram səhifəsinə istinadən məlumat verir.
Gənclər arasında təşkil olunan turnir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.
İlk oyun günündə 4 oyun keçirilib.
A qrupu üzrə:
- “ACF Quba” 5 – 9 “Xucbala”;
- “Maqnit” 4 – 7 “Quba İnşaat”;
B qrupu üzrə:
- “Bağbanlı” 9 – 5 “Terminator Mehrab”;
- “Elsad Shisha Group” 11 – 2 “Atlant”.
Yarış rayon Gənclər və İdman idarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.