Qubanın Qəçrəş kəndində Ramazan bayramı xüsusilə qeyd edilib. Bu barədə ShimalNews 3 may tarixində məlumat verir.
Qədim zamanlarda olduğu kimi bayrama 1 həftə öncədən hazırlıq işlərinə başlanılır. Abadlıq və təmizlik işləri görülür, cavanlar yaşlı nəsli ziyarət edir, uşaqlar üçün hədiyələr hazırlanır. Bayram günü isə kimsəsizlərə və hətta küçələrdə uşaqlara sovqatlar bəxş edilir. Həmçinin ehtiyacı olan insanlara qayğı göstərilir.
Sakinlər bildirir ki, Novruz bayramında kənddə papaq atmaq adəti yoxdur. Lakin Ramazan bayramında balaca uşaqlar istədikləri qapını döyərək bayramlaşıb öz paylarını alırlar. Böyüklər isə tanıyıb-tanımadıqlarından asılı olmayaraq hər hansı bir qapıya yaxınlaşsalar, həmin evin qonağına çevrilirlər. Onlar üçün imkanı olanlar teamlar bişirir, samovar qaynadıb süfrələr açırlar.
Daha öncə, Qubanın məscidlərində Bayram namazının qılınması haqqında məlumat vermişdik.
