Quba rayonunda “Autizimli şəxslərin sosial inklüziyasına dəstək olaq” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 30 aprel tarixində İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) səhifəsinə istinadən məlumat verir.
Autizm mövzusuna həsr olunmuş maarifləndirici tədbir Quba Regional Mərkəzinin ofisində baş tutub. Burada dövlət qurumlarının nümayəndələri və fəal gənclər iştirak ediblər. Çıxış edənlər sağlamlıq imkanları məhdud, o cümlədən autizm spektr pozuntusu olan uşaqların hüquqlarının müdafiəsinə qurum tərəfindən xüsusi diqqət yetirildiyini bildiriblər.
Tədbirdə mövzu ilə bağlı ətraflı müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.