Qusar rayonunda məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Bu barədə ShimalNews 29 aprel tarixində Qusar Rayon Təhsil Şöbəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş turnir adiçəkilən təhsil oçağında baş tutub. Yarış ümumtəhsil məktəblərinin 2-4-cü sinifləri arasında təşkil olunub.
Gərgin idman şəraitində keçirilən yarışda:
- Qusar şəhər 4 saylı tam orta məktəbinin komandası 1-ci;
- Balaqusar kənd tam orta məktəbinin komandası 2-ci;
- Həsənqala kənd tam orta məktəbinin komandası isə 3-cü yerə layiq görülüblər.