Vladimirovka kəndində “Şəhidlər parkı”nın açılış mərasimi keçirilir. Bu barədə ShimalNews-a 29 aprel tarixində məlumat daxil olub.

Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsindən və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsindən sonra açıq elan olunub.

Burada millət vəkili Vahid Əhmədov, icra başçısı Ziyəddin Əliyev, hüquq mühafizə orqanlarının nümayəndələri, media işçiləri, qazilər, şəhid ailələri və kənd camaatı iştirak edirlər.

Daha öncə, bu parkda görülən işlərin yekunlaşması haqqında məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News