Xaçmaz rayonunda futbol üzrə rayon turniri keçirilir. Bu barədə ShimalNews 28 aprel tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Nərəcan kənd stadionunda Yergüc və Müşkür bələdiyyələrinin komandaları matç keçiriblər. Gərgin və maraqlı mübarizə 3-3 hesabı ilə başa çatıb.
Gənclər və İdman İdarəsi ilə Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi turniri İcra başçısı Elnur Rzayev izləyib. O, oyundan sonra komandalarla görüşüb və idmanın inkişafına da böyük diqqət yetirildiyini bildirib. Həmçinin hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən qayğıdan danışılıb. Sonda o, yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub və mayın 23-dək davam edəcək. Qaliblər Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və həvəsləndirici pul mükafatları ilə təltif ediləcək.