Xaçmazda futbol üzrə rayon birinciliyinin növbəti görüşləri baş tutub. Bu barədə ShimalNews 27 aprel tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Yarışmada C qrupu üzrə 2 oyun keçirilib. Nəticədə “Yalama” – “Ləcət” oyunu 5-1, “Sabiroba” – “Çiləgir” matçı isə 0-2 hesabları ilə yekunlaşıb.

Daha öncə, sözügedən birinciliyin keçiriləcəyi haqqında ətraflı məlumat vermişdik.