Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 27 aprel tarixində Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat verir.

Tədbir aprelin 29-da, saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək. Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyənlər “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya qurumun rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.