Xaçmaz gəncləri “İntellektual klubların Gənclər liqası” yarışında iştirak edə bilərlər. Bu barədə ShimalNews 27 aprel tarixində Azərbaycan Gənclər Fondunun Facebook səhifəsinə istinadən məlumat verir.
Bilik və zəkasına güvənən 16-29 yaş aralığında olan gənclər komanda şəklində qeydiyyatdan keçərək turnirdə iştirak edə bilərlər. Qeydiyyatdan link vasitəsilə aprelin 28-nə kimi keçmək mümkündür. Komandalar rayonda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib olan komanda zona finallarına vəsiqə qazanacaq. Zona qalibləri 11-12 iyun tarixində Bakıda keçiriləcək final mərhələsində iştirak etmək imkanını əldə edəcəklər.
Ölkənin ən böyük intellektual turnirində hər bir komanda 6 oyunçudan ibarət olacaq və “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunları baş tutacaq.