Qusar rayonunda “Sağlam gənclik, sağlam gələcək” layihəsi çərçivəsində gənclərlə görüş baş tutub. Bu barədə ShimalNews 27 aprel tarixində “qusar.gencleri” Instagram səhifəsinə istinadən məlumat verir.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin tibb bacısı Qaraxanova Gülüfər gənclərə ilkin tibbi yardım, şəxsi gigiyena qaydaları, virusdan qorunmağın yollarından bəhs edib. Sonda iştirakçıların sualları cavablandırılıb.