Xaçmazda futbol üzrə rayon birinciliyinə start verilib. Bu barədə ShimalNews 26 aprel tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarışmanın ilk günü B qrupu üzrə 2 oyun keçirilib. Nəticədə “Qımıl” – “Qaraçaycek” 5-2, “Xudat” – “Əhmədoba” oyunu isə 8-0 hesabı ilə yekunlaşıb.
Daha öncə, sözügedən birinciliyin keçiriləcəyi haqqında ətraflı məlumat vermişdik.