Şimal bölgəsində mehmanxanaların gəlirlərində artım müşahidə olunur. Bu barədə ShimalNews 26 aprel tarixində Report-a istinadən məlumat verir.
Bu ilin yanvar-mart aylarında Azərbaycan mehmanxanalarında keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% artaraq 435,3 min nəfər olub. Gecələmələrin 10,8%-i Qusar, 8,0%-i Qubadakı mehmanxanalarda, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 12,4%-i Qusar, 2,9%-i isə Qubadakı mehmanxanalarda qeydə alınıb.