Xaçmazın icra başçısı Elnur Rzayev Xudatda yerləşən şəhidlər abidə-bulaq kompleksinin inşası ilə maraqlanıb. Bu barədə ShimalNews 25 aprel tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən məlumat verir.

Rzayev bildirib ki, kompleks müasir memarlıq üslubunda tikilir. Burada Xudat şəhərindən olan 26 şəhidin adını özündə əks etdirən xüsusi lövhələr və müxtəlif bulaqlar yaradılacaq. İcra başçısı həmçinin işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün tapşırıq və tövsiyələrini verib.