Quba idmançıları karate üzrə Respublika birinciliyində iştirak ediblər. Bu barədə ShimalNews 25 aprel tarixində “region.quba” Instagram səhifəsinə istinadən məlumat verir.

Turnir aprelin 24-ü keçirilib. Quba komandası Azərbaycan ShinKyokushin Full Contact Karate üzrə 13-cü Açıq Respublika birinciliyində 14 döyüşçü ilə təmsil olunub.

Yarışın yekununda :

  • Murtuzov Abdullah 1-ci yerə;
  • Əliyev Elcan 1-ci yerə;
  • Xospulatov Rəvan 2-ci yerə;
  • Ağalarov Mircəlal 2-ci yerə;
  • Əliey Ali 2-ci yerə;
  • Şahverdiyev Urfan 2-ci yerə;
  • Nadirli Nadim 2-ci yerə;
  • Abidov Yalçın 2-ci yerə;
  • Abidov Həzrət 3-cü yerə;
  • Murtuzov Həsən 3-cü yerə;
  • İbadov Heybət 3-cü yerə;
  • Qəhramanlı Muhammedmustafa 3-cü yerə;
  • Ərdəbilli Emil 3-cü yerə layiq görülüblər.