Quba, Qusar və Xaçmaz rayonlarında sahibkarlıq obyektlərinin təmir prosesi uğurla davam edir. Bu barədə ShimalNews 23 aprel tarixində Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafına istinadən məlumat verir.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və təchizat” mərhələsi yekunlaşmaq üzrədir.

Təmirdən sonra 18 kənd qonaq evi istifadəyə veriləcək. Beləliklə, yerli və xarici turistlərin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil veriləcək.

Növbəti mərhələdə Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən avadanlıqlar ilə gələcəyin sahibkarları təmin ediləcək.