Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ilə bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Bu barədə ShimalNews 23 aprel tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə istinadən məlumat verir.

İcra Hakimiyyəti başçısının birinci müavini Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini, Birgə Komissiyanın həmsədri ilə birgə komissiyanın üzvü seçilib.

Tam olaraq məlumatı aşağıda təqdim edirik:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 312s nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 312s nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsdiq edilmiş Birgə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini, Birgə Komissiyanın həmsədri

Birgə Komissiyanın üzvləri:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi;

Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini;

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsi müdirinin müavini;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Beynəlxalq Əlaqələr Baş İdarəsinin Həmsərhəd Ölkələrlə Əməkdaşlıq İdarəsinin rəisi;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidro-meteorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru;

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Nəqliyyat infrastrukturu sektorunun baş məsləhətçisi;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı şöbəsinin Su ehtiyalarının idarə olunması, su anbarları və magistral kanalların istismarı sektorunun müdiri.

  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.
  2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.