Qubada boccia idman növünün təbliği məqsədilə gənclərlə təlim keçirilib. Bu barədə ShimalNews 23 aprel tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Quba rayon Gənclər Mərkəzində Gənclər və İdman idarəsi və Boccia Azərbaycan İdman Klubunun təşkilatçılığı ilə baş tutub.
Gənclərə sözügedən idman növü haqqında ətraflı məlumat verilib. Daha sonra isə kiçik yarış keçirilmişdir.
