Qusarda keçirilən “Şahin” hərbi-idman oyunları yekunlaşıb. Bu haqda ShimalNews 21 aprel tarixində Qusar Rayon Təhsil Şöbəsinə istinadən məlumat verir.

Rayon Təhsil Şöbəsi və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi üçün rayon birinciliyi keçirilib.

Tədbir şəhər 3 saylı tam orta məktəbdə təşkil olunub. Qalib təhsil müəssisələrini aşağıda təqdim edirik:

I yer – T.Ismayılov adına 6 saylı tam orta məktəbin komandası;

II yer – B.Ağaverdiyev adına 1 saylı tam orta məktəbin komandası;

III yer – Qaratoba kənd tam orta məktəbinin komandası.

Foto Qusar Rayon Təhsil Şöbəsi
Foto Qusar Rayon Təhsil Şöbəsi