Qubada xəstəlik və zərərvericilərə qarşı mübarizə üçün fermerlərə məsləhət və tövsiyələr verilib. Bu haqda ShimalNews 21 aprel tarixində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna (BM TBETİ) istinadən məlumat verir.

Tədbir Hacıqayıb kəndində yerləşən təcrübə sahəsində (1 ha nümayiş alma bağında) keçirilib. Burada inteqrir mübarizə sxemi əsasında çiləmələr aparılıb. Fermerlərə Stansiya tərəfindən işlənib hazırlanmış inteqrir mübarizə sxemi haqqında bukletlər paylanılıb.

Daha sonra, iştirakşılarla birlikdə mübarizə sxemi üzrə becərmə işləri və çiləmələr aparılıb. Tədbir BM TBETİ-nin Xaçmaz Təcrübə Stansiyasının elmi əməkdaşı M.Aslanovun nəzarəti ilə həyata keçirilib.