Hacıqayıb kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Bu haqda ShimalNews 21 aprel tarixində Azərtac-a istinadən məlumat verir.

Tədbir Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə baş tutub. Burada polis əməkdaşları, təhsil şöbəsinin nümayəndəsi, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin əməkdaşları yüksək səviyyəli təhsil almağın vacibliyini vurğulayıblar. Həmçinin narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş olunub.