Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiyada bizneslə məşğul olan Qod Nisanovu təltif edib. Bu haqda ShimalNews 21 aprel tarixində məlumat verir.

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə iş adamı Qod Nisanova bu gün “Dostluq” ordeni təqdim olunub.

Qod Nisanov Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Milliyyətçə dağ yəhudisidir. Bu günə kimi diaspora fəaliyyətinə görə bir neçə ordenlə təltif edilib.