Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş uşaq və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyinin qalibləri müəyyənləşib. Bu barədə ShimalNews 20 aprel tarixində Azərtac-a istinadən məlumat verir.

Turnir Xaçmaz Olimpiya İdman Kompleksində, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Burada Bakı, Abşeron, Quba, Qusar, Şabran, Xaçmaz və Tovuz komandalarını 190 yeniyetmə (11-14 yaş) idmançı təmsil edib.

Sonda qaliblərə Xaçmaz rayon Gənclər və İdman İdarəsinin diplomu və medalları təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirəsinin yad edilməsi, vətənpərvərlik ruhunun aşılanması, cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, qarşıdakı yarışlara hazırlığın təmin olunması və rayon yığma komandasının tərkibinin müəyyənləşdirilməsindən ibarətdir.

Foto azertac
Foto azertac
Foto azertac
Foto azertac