Qusarda “Şahin” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilir. Bu barədə ShimalNews-a 20 aprel tarixində məlumat daxil olub.
Tədbir Qusar şəhər 3 saylı tam orta məktəbdə keçirilir. Burada 10 və 11-ci sinif şagirdlərindən ibarət 27 komanda iştirak edir. Onlar marşla sıra hazırlığı, mülki müdafiə, sanitarların yarışı, fiziki hazırlıq və digər mərhələlərdən keçirilib.
Yarışın keçirilməsində məqsəd gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılmasıdır.