Qubanın şagirdləri respublika fənn müsabiqələrinin növbəti mərhələsinə vəsiqə qazanıblar. Bu barədə ShimalNews 19 aprel tarixində Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinə (FRİTL) istinadən məlumat verir.

6-cı və 7-ci sinif şagirdləri arasında “Məktəblilərarası VII Fənn Müsabiqələri” təşkil edilib. Quba rayonu üzrə ümumilikdə 42 şagird növbəti mərhələdə iştirak etmək hüququnu qazanıb. Onlardan 23-ü Quba FRİTL-da təhsil alır.

Bu münasibətlə şagirdlərlə görüş keçirilib. Onlara növbəti mərhələ üçün istiqamətlər və tövsiyələr verilib. Həmçinin gənclərə təşəkkürnamə və həvəsləndirici hədiyyələr təqdim olunub.