Xaçmazlı MMA döyüşçüsü Yaponiyada 2-ci dəfə öz sözünü dedi. Bu barədə ShimalNews 18 aprel tarixində məlumat verir.
“Rizin 35” turnirində Vüqar Kərəmovun rəqibi yaponiyalı Teyçi Nakadzima olub. Döyüş 1-ci raundun 2 dəqiqəsindən sonra başa çatıb. İdmançımız rəqibini boğaraq döyüşü bitirib.
Bundan öncə, 30 yaşlı Kərəmov ilk rəqibi ABŞ-ı təmsil edən Kayl Aquonun üzərində qələbə qazanmışdır.