Nazir Anar Kərimov vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 16 aprel tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində baş tutub. Burada nazirin birinci müavini Elnur Əliyev və qurumun digər məsul əməkdaşları da iştirak ediblər.
Qəbulda Xaçmaz və Şabran rayonlarından olan sakinlərin müraciətləri, ayrı-ayrı məsələlərə dair xahiş və təklifləri dinlənilib. Onların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.