Vladimirovka kəndindəki “Şəhidlər parkı”nda son tamamlama işləri aparılır. Bu haqda ShimalNews-a 16 aprel tarixində məlumat daxil olub.
Burada artıq asfalt salınıb, oturacaqlar quraşdırılıb, zibil qutuları qoyulub, yaşıllaşdırma işləri aparılıb. Hazırda pilləkənlər tikilir.
Park ərazisində şəhid portretlərinin bir qismi artıq quraşdırılıb, qalan hissəsinin isə hazırlanması gözlənilir.
Daha öncə, sözügedən parkda aparılan yenidənqurma işləri haqqında məlumat vermişdik.


